ASA Avropa çempionatında finala yüksəldi!
Bakı, 25 iyul , Tsport.az
Xorvatiyanın Zaqreb şəhərində keçirilən 14-cü Futzal üzrə Universitetlərarası Avropa Çempionatında Azərbaycan İdman Akademiyasının (ASA) komandası tarixi uğura imza atıb.
Tsport.az xəbər verir ki, yarımfinalda ASA komandası İspaniyanın Kastilya La-Mança Universitetinə qarşı möhtəşəm oyun nümayiş etdirərək 5:1 hesablı qələbə qazanıb.
Qolların müəllifləri:
- Xəzər Ağalızadə – 2 qol
- Vüsal İsayev – 1 qol
- Mirmehdi Rzayev – 1 qol
- Murad Quluzadə – 1 qol
Final qarşılaşması:
- Rəqib: Valensiya Universiteti
- Tarix: 25 iyul
- Saat: 21:30 (Bakı vaxtı)
- Məkan: Dražen Petrović İdman Zalında keçiriləcək