ASA Avropa çempionu oldu
Bakı, 25 iyul , Tsport.az
Azərbaycan İdman Akademiyası (ASA) 14-cü Universitetlərarası Futzal Çempionatının finalında İspaniyanın Valensiya Universitetini 7:2 hesabı ilə məğlub edərək Avropa çempionu olub.
Tsport.az xəbər verir ki, qalib komandanın heyətində qolları Ülvi Əliyev, Ağaseyid Qasımov, Kənan Manafov, Nurlan Mehdizadə (2) və Vüsal İsayev (2) vurub.
Beləliklə Azərbaycan İdman Akademiyası (ASA) Avropa Çempionu oldu.