Digər

ASF yeni inkişaf strategiyasını təqdim etdi

Bakı, 22 iyul , Tsport.az 

Azərbaycan Üzgüçülük Federasiyası bu gün keçirilən mətbuat konfransında “Strategiya və digər yeniliklər”in təqdimatını həyata keçirib.

Tsport.az xəbər verir ki,”Hilton Baku” otelində baş tutan tədbirdə Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Zaur Əliyev hər kəsi salamlayıb, tədbir haqqında məlumat verib. Ardınca Azərbaycan Gənclər və İdman naziri Fərid Qayıbov üzgüçülüyün gənclərə xeyiri, sağlamlıq üçün nəticələri haqqında danışıb. Daha sonra Elm və Təhsil nazirinin müavini Firudin Qurbanov üzgüçülüyün təhsilə təsiri, eyni zamanda üzgüçülüklə məşğul olmağın riyazi bacarıqlara xeyiri barədə fikirlərini bölüşüb. “Yeni strategiya və digər yeniliklər”in təqdimatı üçün Azərbaycan Üzgüçülük Federasiyasının baş katibi Oktay Atayev söz götürüb. Ardınca İtaliyanın məşhur geyim markası “Makron”la əməkdaşlıq videoçarxı təqdim edilib. Federasiya yeni strategiyada beynəlxalq səviyyədə uğurlu çıxışı ilə yadda qalan Pyer Ləfonteni yeni məsləhətçi kimi təyin edib.