Dünya Futbolu

Aston Villa “Barcelona”nın gənc müdafiəçisini transfer etmək istəyir

Bakı, 16 avqust, tsport.az

İspaniyanın Barcelona klubunun 19 yaşlı müdafiəçisi Hektor Fort karyerasını İngiltərədə davam etdirə bilər. Premyer Liqa təmsilçisi Aston Villa gənc futbolçu ilə maraqlanır.

Tsport.az xəbər verir ki, Aston Villa yaxın zamanda Fort üçün rəsmi təklif göndərməyi planlaşdırır.

Qeyd edək ki, Barcelonanın yetirməsi olan Hektor Fort, 2024/2025 mövsümündə əsas komandanın heyətində 21 matça çıxıb. Onun Barcelona ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir.