Aston Villa-nın futbolçusu Youri Tielemans beş həftə kənarda qalacaq
Bakı, 9 oktyabr, Tsport.az
“Aston Villa”nın yarımmüdafiəçisi Yuri Tielemans baldır zədəsi səbəbindən daha beş həftə yaşıl meydanlardan kənarda qalacaq.
28 yaşlı belçikalı oyunçu “Everton”la sentyabrın 13-də keçirilən 0:0 hesablı oyunda zədələnib. Tibbi müayinələr zədənin gözləniləndən uzun sağalma tələb etdiyini göstərib.
Tielemans 2023-cü ildən “Aston Villa” formasını geyinir.