Dünya Futbolu

“Aston Villa” Rashfordu komandada saxlamaq istəyir

Bakı, 27 mart, Tsport.az

“Aston Villa” Manchester United (Mançester Yunayted)-dən icarəyə götürdüyü Marcus Rashfordu heyətində saxlamaq niyyətindədir.

Tsport.az xəbər verir ki, Birmingem klubu 27 yaşlı vingerin çıxışından məmnundur və onu yayda tam transfer etməyi planlaşdırır. Klub rəhbərliyi Reşford üçün 40 milyon funt-sterlinq ödəməyə hazırdır.

Təcrübəli hücumçu “Aston Villa”nın heyətində indiyə qədər 3 qol ötürməsi ilə yadda qalıb.