“Aston Villa” və “Manchester City” yarımfinala yüksəlib
Bakı, 30 mart, Tsport.az
İngiltərə Liqa Kubokunun 1/4 final mərhələsinin son oyunları keçirilib.
Tsport.az xəbər verir ki, “Aston Villa” səfərdə “Preston”u 3:0 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb. Birmingem təmsilçisi növbəti mərhələdə “Crystal Palace” ilə qarşılaşacaq.
Günün digər oyununda “Bournemouth” doğma meydanda “Manchester City”ni qəbul edib. “Şəhərlilər” 2:1 hesablı qələbə qazanaraq adını yarımfinala yazdırıb. Mançester klubu finala çıxmaq üçün “Nottingham Forest”lə mübarizə aparacaq.