“Atlético Madrid” heyətini gücləndirdi
Bakı, 16 iyul, Tsport.az
İspaniyanın tanınmış futbol klubu “Atlético Madrid” yay transfer pəncərəsində mühüm addım atıb.
Tsport.az xəbər verir ki, klubun rəsmi saytında yayılan məlumata görə, “Real Betis“in gənc yarımmüdafiəçisi Johnny Cardoso ilə uzunmüddətli – 2030-cu ilin yayına qədər müqavilə imzalanıb.
22 yaşlı ABŞ millisinin üzvü olan futbolçu Braziliya əsillidir. Karyerasına “Criciúma”, “Avaí” və “Internacional” akademiyalarında başlayan Cardoso, peşəkar debütünü də “Internacional”da edib. Daha sonra “Real Betis”ə keçərək La Liqada özünü sübut etməyə başlamışdı.
2024/25 mövsümündə Cardoso “Real Betis” forması ilə:
- 46 oyuna çıxıb
- 4 qol vurub
- 1 asistlə yadda qalıb