Dünya Futbolu

“Atlético Madrid” klubunda ilk yaşanıb

Bakı, 1 oktyabr, Tsport.az

Antoine Griezmann İspaniyanın “Atlético Madrid” klubunun tarixinə düşüb.

Tsport.az xəbər verir ki, fransalı hücumçu komanda tarixində 200 qola çatan ilk futbolçu olub.

Griezmann bu nailiyyətə UEFA Çempionlar Liqasının qrup mərhələsinin II turunda, evdə Almaniya klubu “Eintracht Frankfurt” üzərində qazanılan 5:1 hesablı qələbədə imza atıb. 33 yaşlı forvard görüşün 45+1-ci dəqiqəsində fərqlənib.