“Atletico Madrid” Pablo Barriosla yeni uzunmüddətli müqavilə bağlayır
Bakı, 7 may, Tsport.az
İspaniyanın “Atlético Madrid” klubu gənc yarımmüdafiəçi Pablo Barriosun gələcəyini təmin edib.
Tsport.az xəbər verir ki, Madrid təmsilçisi 21 yaşlı futbolçu ilə mövcud müqaviləni yeniləyərək onu 2030-cu ilin yayına qədər komandada saxlamağa razılıq əldə edib.
Klub rəhbərliyi Barriosun inkişafından razı qalaraq onunla uzunmüddətli əməkdaşlıq etməyə qərar verib. Hazırda 2028-ci ilə qədər müqaviləsi olan futbolçunun yeni sözləşməsi yaxın günlərdə rəsmən açıqlanacaq.
Bu mövsüm bütün turnirlərdə 38 oyuna çıxan Pablo Barrios 1 dəfə fərqlənib və 3 məhsuldar ötürməyə imza atıb.