Dünya Futbolu

“Atlético Madrid”də yeni yarımmüdafiəçi

Bakı, 16 iyul, Tsport.az

İspaniyanın məşhur futbol klubu “Atlético Madrid” heyətini daha bir güclü yarımmüdafiəçi ilə möhkəmləndirir.

Tsport.az xəbər verir ki, Thiago Almada tibbi müayinədən keçmək üçün Madriddədir və bu proses başa çatdıqdan sonra onunla rəsmi müqavilə imzalanacaq.

24 yaşlı argentinalı futbolçu 2024-cü ilin yayından Botafogo (Braziliya) klubunda çıxış edirdi. 2025-ci ilin qış transfer pəncərəsində o, icarə əsasında Fransanın “Olympique Lyonnais” (“Lyon”) klubuna keçib. Orada 20 oyunda forma geyinən Almada 2 qol vurub, 5 məhsuldar ötürmə ilə yadda qalıb.