“Atlético Madrid”in futbolçusu La Liqada klubunu dəyişə bilər
Bakı, 29 aprel, Tsport.az
“Atlético Madrid”in müdafiəçisi César Azpilicueta karyerasını La Liganın başqa bir klubunda davam etdirə bilər.
Tsport.az xəbər verir ki, “Celta Vigo” 35 yaşlı futbolçunu yay transfer pəncərəsində heyətinə qatmaq istəyir. Təcrübəli müdafiəçinin “Atlético Madrid” ilə müqaviləsi mövsümün sonunda başa çatır və o, “Celta”ya azad agent kimi keçə bilər.
Azpilicueta cari mövsümdə “Atlético”nun heyətində 12 oyuna çıxıb və bir dəfə fərqlənib. Turnir cədvəlində “Celta Vigo” 33 turun ardından 46 xalla 7-ci yerdə qərarlaşıb. “Atlético Madrid” isə 66 xalla 3-cü pillədə yer alır.