“Atletico” Mark Kasadonu transfer etmək istəyir
Bakı, 3 avqust, Tsport.az
İspaniyanın “Atletico Madrid” klubu “Barcelona“nın gənc yarımmüdafiəçisi Mark Kasadonu heyətinə qatmaq niyyətindədir.
Tsport.az xəbər verir ki, 21 yaşlı futbolçu ötən mövsüm “Barcelona“nın formasını bütün turnirlərdə 36 oyunda geyinib. O, bu qarşılaşmalarda 1 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Kasado əsas heyətdə daimi yer uğrunda mübarizə aparmaq istəyir və buna görə də Kataloniya klubundan ayrılmaq fikrində deyil. Onun “Barcelona” ilə müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir.
“Transfermarkt” portalı futbolçunun bazar dəyərini 30 milyon avro olaraq qiymətləndirir.