Dünya Futbolu

“Atletico”nun 4 azarkeşi həbs edilib

Bakı, 16 iyun , Tsport.az 

Madrid prokurorluğunun araşdırması nəticəsində “Atletico“nun dörd azarkeşi “Real Madrid“in futbolçusu Vinicius Juniora qarşı irqçi hərəkətlərinə görə həbs olunub.

Tsport.az xəbər verir ki, hadisə 2023-cü ildə Madrid derbisi öncəsi baş vermişdi. Azarkeşlər körpüdən Vinisiusun görünüşündə bir kukla asaraq onu hədələmişdilər.

Madrid Əyalət Məhkəməsi müttəhimlərdən birini 1 il 10 ay həbs cəzasına məhkum edib, digər üç nəfər isə 14 aylıq həbs olunublar. Bundan əlavə, birinci müttəhim 1084 avro, digər üç nəfər isə 720 avro cərimə ödəyəcək.