“Atletico”nun oyunçusunu ağır cəza gözləyir
Bakı, 10 mart, Tsport.az
“Atletico”nun hücumçusu Angel Correa uzunmüddətli cəza ala bilər.
Tsport.az xəbər verir ki, argentinalı futbolçu La Liqanın 27-ci turunda “Getafe” ilə oyunda hakimi təhqir etdiyi üçün 12 matçlıq diskvalifikasiya ilə üzləşə bilər.
Təcrübəli oyunçuya 4-dən 12 oyunadək cəza verilməsi ehtimalı var. Qərarın yaxın günlərdə açıqlanacağı bildirilir.