Digər

Avarçəkənlərimiz III MDB Oyunlarının ilk günündə 4 medal qazanıb

Bakı, 5 oktyabr,   Tsport.az

Ölkəmizdə təşkil edilən III MDB Oyunları çərçivəsində keçirilən avarçəkmə yarışlarının ilk günü yekunlaşıb.  Komandamız günü 3 bürünc, 1 gümüş medalla başa vurub. 

Tsport.az xəbər verir ki, Amil Ramazanov iki bürünc medala layiq görülüb.  Ramazanov birnəfərlik kayak qayığında 200 və 500 metr məsafədə 2007-2008-ci il təvəllüdlü idmançılar arasında üçüncü yer tutub. İkinəfərlik kayak qayığında 200 metr məsafəyə 2009-2010-cu il təvəllüdlü idmançılar arasında İvan Vorobjanski-Hüseyn Həsənov dueti finalda finişi üçüncü keçib. Əlimurad Hacızadə 2009-2010-cu il təvəllüdlü idmançılar arasında 1 nəfərlik kayak qayığında 200 metr məsafədə fəxri kürsünün ikinci pilləsinə qalxıb.