Basketbol

Avro Liqanın ilk həftəsinin MVP-si bəlli olub

Bakı, 3 oktyabr, Tsport.az

“Panathinaikos”-un baş məşqçisi Ergin Atamanın rəhbərliyi altında çıxış edən komandanın amerikalı oyunçusu Kendrick Nunn Avro Liqanın ilk həftəsinin MVP-si seçilib.

Tsport.az xəbər verir ki, “Panathinaikos” Almaniya təmsilçisi “Bayern Munich” üzərində 87-79 hesablı qələbə qazandığı görüşdə Nunn 21 xal və 10 asistlə “double-double” göstərərək fərqlənib.

İlk həftəni 29 effektivlik xalı ilə tamamlayan təcrübəli oyunçu həmçinin 3 ribaunt da toplayıb.

Liqada üçüncü mövsümünü keçirən 30 yaşlı Nunn, bu göstərici ilə artıq 6-cı dəfə həftənin MVP-si titulunu qazanıb.