Digər

Avropa çempionatında 2-ci turun görüşləri keçirilib

Bakı, 7 oktyabr, Tsport.az

Gürcüstanın Batumi şəhərində şahmat üzrə komandalararası Avropa çempionatında 2-ci turun görüşləri keçirilib.

Tsport.az xəbər verir ki, Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Aydın Süleymanlı və Məhəmməd Muradlının çıxış etdiyi Azərbaycanın kişilərdən ibarət yığma komandası hesabat turunda Çexiya ilə heç-heçə edib – 2:2.
Məmmədyarov qalib gəlib, Məmmədov uduzub, Süleymanlı ilə Muradlı isə heç-heçəyə razılaşıb.

Qadınlardan ibarət Azərbaycan yığması ikinci turda Macarıstanı 2,5:1,5 hesabı ilə məğlub edib. Ülviyyə Fətəliyeva və Ayan Allahverdiyeva partiyanı qələbəylə başa vurub. Gövhər Beydullayeva heç-heçə edib, Xanım Balacayeva isə məğlub olub.

Qeyd edək ki, Avropa çempionatı oktyabrın 14-də yekunlaşacaq.