Avropa Kubokunun ilk günündə 5 medal
Bakı, 22 iyun , Tsport.az
Gənclər arasında keçirilən Avropa Kubokuna Azərbaycan cüdoçuları uğurlu start verib. Berlində təşkil olunan mötəbər yarışın ilk günündə yığmamız 3 gümüş və 2 bürünc medal qazanıb.
Tsport.az xəbər verir ki, millimizin üzvlərindən Nihad Məmişov (-60 kq), Məhəmməd Musayev (-66 kq) və Əbil Yusubov (-73 kq) finala yüksəlib və gümüş medalla kifayətləniblər. Nizami İmranov (-66 kq) və Mehdi Cəfərov (-73 kq) isə bürünc medal əldə ediblər.
Turnirdə Azərbaycan 17 cüdoçu ilə 7 çəki dərəcəsində təmsil olunur. Yarış davam edir və cüdoçularımızın medal sayını artıracağı gözlənilir.