Avropa Liqası və Konfrans Liqasında bu gün finalçılar bəlli olacaq
Bakı, 8 may , Tsport.az
Bu gün UEFA Avropa Liqası və UEFA Konfrans Liqasının yarımfinal mərhələsinin cavab oyunları baş tutacaq. Hər iki turnirdə keçiriləcək qarşılaşmalarla finala yüksələcək komandalar müəyyənləşəcək.
Tsport.az xəbər verir ki , Avropa Liqasında “Bodo Glimt” doğma meydanda “Tottenham”ı qəbul edəcək.”Athletic”isə ilk oyunda evdə 0:3 hesabı ilə məğlub olduğu “Manchester United”in qonağı olacaq.
Səfərdə “Betis”,“Fiorentina”nın qonağı olacaq. Gecənin digər matçında “Chelsea” və “Yurqorden” üz-üzə gələcək. London klubu səfərdən 4:1 hesablı qələbə ilə dönüb.
Oyunlar bu gün,yerli saatla;
•(23:00) “Bodo Glimt” – “Tottenham”
•(23:00) “Manchester United”-“Atlethic”
•(23:00) “Fiorentina”-“Betis”
•(23:00) “Chelsea”- “Yurqorden”
Qeyd edək ki, UEFA Avropa Liqasının final oyunu mayın 21-də İspaniyanın Bilbao şəhərindəki “San Mames” stadionunda keçiriləcək. Konfrans Liqasının final matçı isə mayın 28-də Polşanın Vrotslav şəhərində baş tutacaq.
Aytac Mustafayeva