Avropa nəhənglərindən yeni təklif: 6 əvəzetmə və 28 nəfərlik heyət
Bakı, 15 oktyabr, Tsport.az
Avropanın aparıcı klubları, o cümlədən “Manchester city”, “Liverpool” və “Arsenal”, oyunçuların yüklənməsinin qarşısını almaq üçün hər oyunda 6 əvəzetmə hüququnun tətbiqi ideyasını müzakirə ediblər.
Tsport.az xəbər verir ki, Roma şəhərində keçirilən Avropa Klubları Birliyinin iclasında, həmçinin heyətin 25-dən 28 futbolçuya artırılması təklifi də irəli sürülüb.
Yeni dəyişiklikləri həyata keçirmək üçün qərar ilk olaraq Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) tərəfindən təsdiqlənməlidir.
Hazırda Premyer Liqada 5 əvəzetmə qaydası qüvvədədir və yalnız beyin zədəsi halında əlavə dəyişiklik mümkündür.