DigərMüsahibə

“Avropa və dünya çempionu olmaq istəyirəm”

Bakı, 4 oktyabr, Tsport.az

Bu sözləri Azərbaycanda təşkil olunan III MDB Oyunlarında ölkəmizi təmsil edən Nəzrin Əhmədli deyib.

Tsport.az xəbər verir ki, bürünc medal qazanan təmsilçimiz fikirlərini bizimlə bölüşüb:

“Yarış çox yaxşı keçdi. İlk görüşdə özbəkistanlı güləşçi ilə qarşılaşdım. 4:4 hesablı davam edən görüşdə son saniyələrdə xal verərək məğlub oldum. Növbəti qarşılaşmada isə rus idmançı ilə güləşdim və həmin görüşdə də son saniyələrdə məğlub oldum. Lakin sonuncu görüşdə 9:0 hesabı ilə qələbə qazandım.

Yarışa hazırlığımız çox yaxşı keçmişdi, təlim-məşq toplanışlarımız oldu. Gələn il keçiriləcək yarışlarda səhvlərimdən nəticə çıxararaq Avropa və dünya çempionu olmaq istəyirəm”.

Bahar Rüstəm