Dünya Futbolu

Avropanın nəhəng klubları onun üçün yarışır

Bakı, 18 mart, Tsport.az

“Napoli”nin ulduz hücumçusu Victor Osimhen tezliklə klubunu dəyişə bilər.

Tsport.az xəbər verir ki, hazırda icarə əsasında “Halatasaray”da çıxış edən futbolçuya Avropanın bir neçə nəhəng klubu maraq göstərir. Türkiyə mediası xəbər verir ki, PSG, “Manchester United”, “Juventus”, “Arsenal” və “Barcelona” nigeriyalı forvardı heyətinə qatmaq niyyətindədir.

Qeyd edək ki, Osimhen müqavilə ilə “Napoli”yə məxsusdur və futbolçunun sərbəst qalması üçün 75 milyon avro tələb olunur.