DigərFormula 1Maraqlı

Avstraliya QP nə zaman, saat neçədə, hansı kanalda?

Bakı, 10 mart, Tsport.az

Uzun gözləmədən sonra 2025-ci il mövsümünün başlamasına cəmi bir həftə qalıb.

Tsport.az xəbər verir ki, Bəhreyndə keçirilən mövsümöncəsi sınaqlarda komandaların güc reytinqləri ilə bağlı çoxlu proqnozlar verilsə də, gələn həftəsonu Avstraliya Qran Prisində əsl çıxışları görəcəyik.

Bəs, Melburnda mövsümün ilk yarışı saat neçədə və hansı kanalda yayımlanacaq? Bunun üçün aşağıdakı proqrama nəzər sala bilərsiniz.

Cümə, 14 mart

1-ci məşq: 05:30 – F1 TV / beIN SPORTS 4

2-ci məşq: 09:00 – F1 TV / beIN SPORTS 4

Şənbə, 15 mart

3-cü məşq: 05:30 – F1 TV / beIN SPORTS 4

Təsnifat sessiyası: 09:00 – F1 TV / beIN SPORTS 4

Bazar günü, 16 mart

Yarış: 08:00 – F1 TV / beIN SPORTS 4 beIN SPORTS-dan əlavə, bütün seanslar F1 TV-də canlı yayımlanacaq.

Məhəmməd Qasımov