Avstraliya Qran-prisinin qalibi bəlli olub
Bakı, 16 mart, Tsport.az
“Formula 1” üzrə Avstraliya Qran-prisinin qalibi “Mclaren” komandasının pilotu Lando Norris olub.
Tsport.az xəbər verir ki, Melbrundakı yarışda ingiltərəli pilot 1 dəqiqə 27,126 saniyəlik göstərici ilə finişə birinci çatıb.
İkinci yeri “Red Bull”un pilotu Maks Verstappen tutub, üçüncü isə “Mercedes” komandasından Corc Rassell olub.
Yağışlı hava şəraiti səbəbindən 6 pilot finişə çata bilməyib. Bunlar arasında Qabriel Bortoleto (“Zauber”), Liam Louson (“Red Bull”), Fernando Alonso (“Aston Martin”), İsak Hacar (“Racing Bulls”), Cek Duen (“Alpine”) və Karlos Sayns (“Uilyams”) yer alıb.
Qeyd edək ki, Lando Norris ötən gün sıralama turunda da birinci pilləni tutmuşdu.