Azərbaycan boksçusu almaniyalı rəqibinə qalib gəlib
Bakı, 9 sentyabr , Tsport.az
Azərbaycan boksçusu Alfonso Dominqes Liverpulda keçirilən dünya çempionatına qələbə ilə başlayıb.
Tsport.az xəbər verir ki, 90 kq-da döyüşən millimizin lideri 1/8 finalda Yasse Kisslə (Almaniya) üz-üzə gəlib.Dünya çempionumuz rəqibinə heç bir şans verməyib. Hər 3 raundu xeyrinə bitirən Dominqes yekunda 5:0 (29:28, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib.
O, 1/4 final görüşünə sentyabrın 10-da çıxacaq.
Qeyd edək ki, Azərbaycan millisinin daha 4 boksçusu 1/8 final döyüşünə çıxacaq.