Digər

Azərbaycan karateçiləri Xorvatiyada bürünc medal qazandılar

Bakı, 29 iyun , Tsport.az 

Xorvatiyanın Poreç şəhərində keçirilən “Karate1 Youth League & Parakarate Cup” turnirində Azərbaycan təmsilçiləri uğurlu çıxışla yadda qalıblar.

Tsport.az xəbər verir ki, Orucova Gülay 16–17 yaşlı karateçilər arasında -59 kq çəki dərəcəsində, Aslan Ərcan isə parakarate üzrə K21 kateqoriyasında mübarizə apararaq bürünc medal qazanıblar.

Hər iki idmançımızın şəxsi məşqçisi Sənan Cəfərov olub.