Azərbaycan Kubokunda yarımfinal cavab oyunlarının tarixləri açıqlanıb
Bakı, 19 mart, Tsport.az
Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının keçiriləcəyi tarixlər müəyyən edilib.
Tsport.az xəbər verir ki, Peşəkar Futbol Liqasının rəsmi saytı bu barədə açıqlama verib.
Azərbaycan Kubokunun yarımfinal, cavab oyunları 23 aprel tarixində keçiriləcək:
- 17:00 – “Qarabağ” – “Araz-Naxçıvan”
Tofiq Bəhramov adına Respublika Stadionu - 20:00 – “Sabah” – “Neftçi”
Bank Respublika Arena