Azərbaycan Kubokunun final oyununun tarixi dəyişdirildi
Bakı, 22 aprel, Tsport.az
Futbol üzrə Azərbaycan Kubokunun 2023/24 mövsümündə keçiriləcək final matçının tarixi rəsmi olaraq dəyişdirilib.
Tsport.az xəbər verir ki, bu haqqda Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, qarşılaşma əvvəlcədən planlaşdırıldığı kimi 1 iyun tarixində deyil, 31 mayda baş tutacaq. Dəyişikliyə səbəb həmin gün Bakıda təşkil olunacaq minifutbol üzrə dünya çempionatının final görüşüdür.
Qeyd edək ki, Azərbaycan Kubokunun həlledici oyunu əvvəlcədən açıqlandığı kimi Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək və saat 19:00-da start götürəcək.