Basketbol

Azərbaycan millisi Avropa Kubokunda yarımfinala yüksəldi

Bakı, 7 iyun , Tsport.az 

Azərbaycanın 3×3 basketbol üzrə qadın millisi Avropa Kubokunun 2025-ci il təsnifat mərhələsində parlaq qələbə qazandı.

Tsport.az xəbər verir ki, millimiz Kosovo millisini 22-10 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib və burada Maltaya qarşı mübarizə aparacaq.

Yarımfinal qarşılaşması 8 iyun Bakı vaxtı ilə saat 20:40-da start götürəcək və FIBA-nın rəsmi YouTube kanalında canlı yayımlanacaq.