Azərbaycan Futbolu

Azərbaycan Premyer Liqası: bu gün daha iki oyun baş tutacaq

Bakı, 10 may, Tsport.az

Misli Premyer Liqasının XXXIV turunda bu gün daha iki oyun keçiriləcək.

Tsport.az xəbər verir ki, əvvəlcə “Səbail” evdə “Zirə” ilə qarşılaşacaq.

“ASCO Arena”da baş tutacaq və Tural Qurbanovun idarə edəcəyi görüş saat 17:00-da start götürəcək. “Səbail” hazırda 22 xalla turnir cədvəlinin sonuncu – 10-cu pilləsindədir. Mövsümü ikinci pillədə bitirəcəyi dəqiqləşən “Zirə”nin isə 67 xalı var.

Günün son matçı Tovuzda baş tutacaq. “Turan Tovuz” doğma meydanda “Neftçi” ilə üz-üzə gələcək. Rəşad Əhmədovun idarə edəcəyi oyuna saat 19:30-da start veriləcək. Tovuz təmsilçisi hazırda 49 xalla dördüncü yerdədir. 37 xala malik “Neftçi” isə beşincidir.

Qeyd edək ki, turun ötən gün baş tutan “Sabah” – “Şamaxı” matçında meydan sahibləri 3:1 hesablı qələbə qazanıb.