Azərbaycan 2027-ci ildə Xizək Alpinizmi üzrə Dünya Çempionatına ev sahibliyi edəcək
Bakı, 16 iyun , Tsport.az
Azərbaycan ilk dəfə Xizək Alpinizmi üzrə Dünya Çempionatına ev sahibliyi edəcək. Qış İdman Növləri Federasiyası tərəfindən Beynəlxalq Xizək Alpinizmi Federasiyasına (İSMF) ünvanlanan müraciət əsasında yarışın Şahdağ Turizm Mərkəzində keçirilməsi qərara alınıb və beynəlxalq federasiyanın rəsmi yarış təqviminə daxil edilib.
Tsport.az xəbər verir ki, turnir 2027-ci ilin 28 fevral – 7 mart tarixlərində baş tutacaq. Bu qərar Azərbaycanın qış idman növlərində beynəlxalq arenada mövqeyini gücləndirəcəyini göstərir.