Azərbaycan Basketbol Liqası: “Neftçi”dən növbəti məğlubiyyət
Bakı, 4 may, Tsport.az
Azərbaycan Basketbol Liqasında final seriyasında növbəti oyunlar baş tutub.
Tsport.az xəbər verir ki, “Sabah” və “Neftçi” komandaları raundun ikinci oyununda üz-üzə gəliblər. Bakı İdman Sarayında keçirilən görüş gərgin və maraqlı alınıb.
Oyun qarşılıqlı hücumlar şəraitində keçib və “tələbələr”in 86:77 hesablı qələbəsi ilə sona çatıb.
İlk görüşdə də Rimas Kurtinaytisin kollektivi 94:89 hesablı qalibiyyət əldə etmişdi.
Final seriyasında 4 qələbə qazanan komanda qızıl medalların sahibi olacaq. Digər oyunlar 6 və 8 mayda baş tutacaq.