Azərbaycan Basketbol Liqasında XV tura bu gün yekun vurulacaq
Bakı, 1 mart, Tsport.az
Azərbaycan Basketbol Liqasının XV turu bu gün keçiriləcək son oyunla tamamlanacaq.
Tsport.az xəbər verir ki, turun son matçında “Şəki” doğma meydanda “Lənkəran”-ı qəbul edəcək. Qarşılaşma Şəki Olimpiya İdman Kompleksində saat 14:00-da start götürəcək.
Turnir cədvəlində meydan sahibləri 24 xalla B qrupunda üçüncü pillədə, “Lənkəran” isə 17 xalla altıncı yerdə qərarlaşıb.
Qeyd edək ki, XV turun əvvəlki oyunlarında “Neftçi” “Abşeron”-u 80:56, “Ordu” “Quba”-nı 103:68, “Gəncə” “Sumqayıt”-ı 90:81, “Sərhədçi” NTD-ni 84:83, “Naxçıvan” isə “Sabah”-ı 85:82 hesabı ilə məğlub edib.