-->
Basketbol

Azərbaycan Basketbol Liqasında XVIII turun ilk oyunu bu gün başlayır

Bakı, 13 mart, Tsport.az

Bu gün Azərbaycan Basketbol Liqasının XVIII turuna start veriləcək.

Tsport.az xəbər verir ki, günün yeganə qarşılaşmasında “Lənkəran” komandası “Quba” ilə üz-üzə gələcək.

Görüş, Lənkəran Olimpiya İdman Kompleksində keçiriləcək və matçın başlanğıcı saat 14:00-da olacaq.

Cari vəziyyətdə “Quba” 21 xalla B qrupunda beşinci yerdə qərarlaşıb, “Lənkəran” isə 20 xalla altıncı sırada yer alır.

Qeyd edək ki, bu tur martın 16-da başa çatacaq.