Digər

Azərbaycan birinciliyinə oğlanların yarışları ilə yekun vuruldu

Bakı, 28 iyun , Tsport.az 

Gənclər arasında keçirilən ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyində oğlan idmançıların mübarizəsi yekunlaşıb. Yarışda 6 çəki dərəcəsində qaliblər müəyyənləşib.

Tsport.az xəbər verir ki, 60 kq-da Amin Osmanov toplam 237 kq (102+135), 65 kq-da Dəniz Bağırov 231 kq (104+127), 71 kq-da Əbdülhüseyn Hüseynov 247 kq (111+136), 79 kq-da Ravin Alməmmədov 300 kq (130+170), 88 kq-da Məmməd Əhmədzadə 297 kq (132+165), 94 kq-da isə Akif Abdullayev 312 kq (140+172) nəticə ilə birinci yeri tutublar.