Digər

Azərbaycan çempionatına start verildi

Bakı, 1 iyul , Tsport.az 

Azərbaycan Velosiped İdmanı Federasiyası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə ölkə çempionatı başlayıb.

Tsport.az xəbər verir ki, yarış Xızı rayonunda keçirilir. 100-dən artıq idmançı iştirak edir.

İlk yarış günündə fərdi ötüşmə üzrə qaliblər müəyyən olunub:

U15 qızlar (10 km):

  1. Ceyla Həşimova – 18’37″12
  2. Məryəm Hüseynova – 18’45″09
  3. Nəzrin İsbəndiyarova – 19’19″72

U15 oğlanlar (10 km):

  1. Raul Mahmudov – 16’41″59
  2. Emil Abbasov – 16’55″59
  3. Kənan Nəcəfli – 18’03″44

U17 oğlanlar (15 km):

  1. Nihat Xudoyev – 23’37″05
  2. Ümid İsmayılov – 23’37″76
  3. Çingiz İsayev – 24’27″66

Gənc oğlanlar (20 km):

  1. Artyom Proskuryakov – 28’10″63
  2. Maksim Trendelyov – 30’59″60
  3. Murad Nadirov – 31’14″21

Elit/U23 kişilər (25 km):

  1. Musa Mikayılzadə – 32’47″42
  2. Tural İsrafilov – 34’24″98
  3. Nofəl Nuriyev – 37’22″01

Yarışlar növbəti günlərdə də davam edəcək.