Azərbaycan Cüdoçuları Avropa Gənclər Olimpiya Festivalında İki Qızıl Medal Qazanıb
Bakı, 22 iyul , Tsport.az
Azərbaycanın gənc cüdoçuları XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) böyük uğur qazanaraq iki qızıl medala sahib çıxıblar.
Tsport.az xəbər verir ki, oğlanların yarışında Rza Xəlilli (50 kq) bütün rəqiblərini üstələyərək finala yüksəlib. Həlledici görüşdə ispaniyalı Alexandro Çiarroni ilə qarşılaşan Rza, rəqibinə qalib gələrək qızıl medal qazanıb.
Qızların mübarizəsində isə Gülşən Hüseynova (44 kq) parlaq performans göstərib. O, finalda israilli Yuval Qabayını məğlub edərək Azərbaycanın ikinci qızıl medalını qazandırıb.
Qeyd edək ki, bu gün daha bir cüdoçumuz, Rəsul Əlizadə (55 kq) də final görüşünə çıxaraq medal şansını davam etdirəcək.