Digər

Azərbaycan cüdoçuları Avropa Kubokunda uğurlu start götürüblər

Bakı, 3 avqust, Tsport.az

Şimali Makedoniyanın paytaxtı Skopyedə gənclər arasında keçirilən Avropa Kubokunun ilk yarış günündə Azərbaycan cüdoçuları uğurlu çıxış ediblər.

Tsport.az xəbər verir ki, Nihad Məmişov (60 kq) və Əbil Yusubov (73 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar.Fərid Qarayev (60 kq) gümüş, Məhəmməd Musayev (66 kq) isə bürünc medala sahib olublar.Azərbaycan komandası 2 qızıl, 1 gümüş və 1 bürünc medalla ümumi komanda hesabında ikinci yerdə qərarlaşıb.Turnirdə 26 ölkədən 226 idmançı mübarizə aparır.