Futzal

Azərbaycan Futzal Yüksək Liqasında mövsümün yekunu

Bakı, 6 iyun , Tsport.az 

2024-2025 mövsümündə Azərbaycan Futzal Yüksək Liqası gərgin mübarizələrlə yadda qaldı. “Araz-Naxçıvan” komandası 19-cu dəfə çempionluğunu rəsmiləşdirərək mövsümü 52 xalla zirvədə tamamladı.

Mövsümün yekun sıralaması

  1. Araz-Naxçıvan – 52 xal
  2. Baku Fire – 47 xal
  3. Neftçi İK – 43 xal
  4. Şuşa – 24 xal
  5. U-19 – 12 xal
  6. Yasamal Bakı – 0 xal

Bombardirlər

Mövsümün ən məhsuldar futbolçusu Amirhossein Rasouli oldu. “Araz-Naxçıvan” klubunun oyunçusu 54 qol vuraraq bombardir adına sahib çıxdı.

Kubokun qalibi

Azərbaycan Kubokunun finalında Araz-Naxçıvan və PFL komandaları üz-üzə gəlib. PFL komandası 7:1 hesabı ilə qalib gələrək kuboku qazandı.

Qeyd edək ki, 2025-2026 mövsümündə Azərbaycanı UEFA Futzal Çempionlar Liqasında “Araz-Naxçıvan” təmsil edəcək. Komandanın rəqibləri iyulun 3-də keçiriləcək püşkatma mərasimində müəyyənləşəcək.