Azərbaycan idmanında sosial məsuliyyət istiqamətində önəmli addım!
Bakı, 16 oktyabr, Tsport.az
Qırmızı Ürəklər Fondu, Azərbaycan Cüdo Federasiyası və “Judo SC” MMC arasında “DOJO AZƏRBAYCAN – Regionlarda Cüdonun İnkişafı Proqramı” çərçivəsində üçtərəfli əməkdaşlıq müqaviləsi imzalanıb.
Tsport.az xəbər verir ki, bu proqram ölkənin müxtəlif bölgələrində cüdo idmanını inkişaf etdirmək, gənclərin idmana çıxış imkanlarını artırmaq və sağlam həyat tərzinə təşviq etmək məqsədi daşıyır. Layihə çərçivəsində regionlarda müasir tələblərə cavab verən cüdo zalları (dojo) yaradılaraq idman infrastrukturu gücləndiriləcək.
Bu əməkdaşlıq həm də gənclərin fiziki və mənəvi inkişafına dəstək olmaq, sağlam idman mühitinin formalaşdırılması və sosial məsuliyyət dəyərlərinin gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır.