Azərbaycan Futbolu

Azərbaycan kubokunda 2-ci təsnifat mərhələsinin oyun cədvəli açıqlandı

Bakı, 15 oktyabr, Tsport.az

Futbol üzrə Azərbaycan kubokunun 2-ci təsnifat mərhələsinin oyun cədvəli müəyyənləşib.

Tsport.az xəbər verir ki, Peşəkar Futbol Liqasının açıqladığı siyahıya əsasən, qarşılaşmalar 28 və 29 oktyabr tarixlərində keçiriləcək.

Azərbaycan kuboku – 2-ci təsnifat mərhələsi

28 oktyabr

GöygölBaku Sportinq, Buzovna qəsəbə stadionu, saat 14:00

Karvan-YevlaxSheki City, Şamaxı şəhər stadionu, saat 14:00 (canlı / CBC Sport)

Qaradağ Lökbatanİmişli, Quba OİK stadionu, saat 14:00

CəbrayılŞəfa, Şamaxı OİK stadionu, saat 14:00

KəpəzAğstafa Gəncləri, Qəbələ şəhər stadionu, saat 14:00

DinamoTuran Tovuz, Azersun Arena, saat 17:00 (canlı / CBC Sport)

29 oktyabr

ŞimalŞahdağ Qusar, Şamaxı OİK stadionu, saat 14:00

XankəndiDifai, Ağsu şəhər stadionu, saat 14:00

ZaqatalaSumqayıt, Zaqatala OİK stadionu, saat 14:00 (canlı / CBC Sport)

QəbələMingəçevir, Qəbələ şəhər stadionu, saat 16:00

SəbailŞamaxı, ASCO Arena, saat 17:00 (canlı / CBC Sport)

NeftçiMOİK, Palms Sports Arena, saat 18:00

Qeyd edək ki, “Göygöl” – “Baku Sportinq”, “Qaradağ Lökbatan” – “İmişli”, “Dinamo” – “Turan Tovuz” və “Xankəndi” – “Difai” qarşılaşmaları, ev sahibi komandaların stadionlarının standartlara cavab verməməsi səbəbindən qonaq komandaların meydanlarında baş tutacaq. Nominal qonaqlar ev sahibinin bütün funksiyalarını yerinə yetirəcək. PFL və klublar arasında bütün razılaşmalar Əsasnaməyə uyğun şəkildə rəsmiləşdirilib.