Azərbaycan Futbolu

Azərbaycan Kubokunda 21 illik rekord yenidən təkrarlanıb

Bakı, 1 mart, Tsport.az

Azərbaycan Kubokunun cari mövsümü tarixi hadisəyə şahidlik edib.

Tsport.az xəbər verir ki, “Sabah” və “Araz-Naxçıvan” ilk dəfə yarımfinala yüksələrək klub tarixlərinin ən böyük uğuruna imza atıblar. Bu nəticə, Azərbaycan Kubokunda son 21 ilin rekordunun təkrarı olub.

Sonuncu dəfə bir mövsümdə iki yeni komandanın yarımfinala yüksəlməsi 2022/2023 mövsümündə qeydə alınmışdı. Həmin vaxt bu uğura “Səbail” və “Turan Tovuz” imza atmışdı.

Daha çox yeni komandanın yarımfinala vəsiqə qazanması isə 2004/2005 mövsümündə baş vermişdi. O zaman “MKT-Araz”, “İnter” və “Xəzər Lənkəran” ilk dəfə adlarını yarımfinala yazdırmışdılar.