-->
Azərbaycan Futbolu

Azərbaycan kubokunda yarımfinalçılar müəyyənləşib

Bakı, 1 mart, Tsport.az

Dünən keçirilən matçlarda Azərbaycan Kubokundakı 1/2 finalçılar müəyyənləşib. 1/4-in sonuncu matçında “Neftçi” adını yarımfinala yazdıra bilib.

Tsport.az xəbər verir ki, 27-28 fevralda keçirilən matçlarda “Qarabağ” “Səbail”lə, “Araz-Naxçıvan” “Zirə”ilə, “Sabah” “Sumqayıt”la , “Neftçi” “Kəpəz”lə qarşılaşıb.

“Qarabağ” oyuna ilk oyunda penaltidən vurduğu qolla üstün başladı. Matçda da Musa Qurbanlı Nəriman Axundzadə və Emin Rüstəmovun avto-qolu ilə 3-1 qələbə qazanıb. Dənizçilərin yeganə qolunu 15-ci dəqiqədə Rüfət Abdullazadə vurub. İki oyunda 4-1 hesabla “Qarabağ” adını yarımfinala yazdıran tərəf olub.


“Sabah” və “Sumqayıt” isə ilk matçda 0-0 hesabı ilə bir-birinə üstün gələ bilməsədə “Sabah” cavab oyununda clock55-ci dəqiqədə Anantoli Nuriyevin, 71-ci dədiqədə Xəyal Əliyevin, 82-ci dəqiqədə Mickelsin və 90+3-cü dəqiqədə Amin Seydiyevin vurduğu qolla 4-0 qalib gələrək turu keçməyi bacarır.


“Araz-Naxçıvan” – “Zirə” matçında isə ilk matçdakı 0-0-lıq hesab pozulub. Naxçıvanlılar Felipe Santosun qolları ilə 2-0-lıq qələbə qazanaraq sonrakı tura adını yazdırmağı bacarır.


1/4 finalın son matçında isə “Neftçi” evində “Kəpəz”i qəbul edib. İlk matçda 0-2-lik üstünlük qazanan “ağ-qaralar”, evində də 1-0 hesabı ilə qələbə qazanaraq ümumi hesabda 3-0 edir. Qolu 27-ci dəqiqədə bassala Sambou vurub. İngiltərəli futbolçu 58-ci dəqiqədə Elmir Tağıyevə etdiyi ayda pozuntusuna görə qırmızı kart alaraq meydanı tərk edir. Bakı təmsilçisi kubokun 1/2 finalına adını yazdırmağı bacarır.


1/2 finalda “Qarabağ” “Araz-Naxçıvan”la, “Sabah” “Neftçi” ilə qarşılaşacaq.

Bahar Rüstəm

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir