Azərbaycan Futbolu

Azərbaycan milli komandasının heyəti açıqlandı

Bakı, 29 avqust  , Tsport.az

Bu gün Dünya Çempionatının seçmə mərhələsində keçiriləcək Azərbaycan – Ukrayna və Azerbaycan – İslandiya oyunları üçün Futbol milli komandamızın heyəti açıqlandı.

Tsport.az xəbər verir ki, AFFA İnzibati binasında baş tutacaq konfransda Milli komandamızın baş məşqçisi Fernando Santos çağırılan futbolçuların siyahısını elan edib.

Millinin heyəti:

.Ad/SoyadKlub
1Rza CəfərovNeftçi
2Şahrudin MəhəmmədəliyevQarabağ
3Aydın BayramovZirə
4Abbas HüseynovQarabağ
5Qismət AlıyevZirə
6Bəhlul MustafazadəQarabağ
7Elvin BədəlovNeftçi
8Cəlal HüseynovArda (Bolqarıstan)
9Rəhman DaşdəmirovSabah
10Anton Krivotsyuk“Daejeon Hana Siti” (Cənubi Koreya)
11Elvin CəfərquliyevQarabağ
12Toral BayramovQarabağ
13İsmayıl İbrahimliZirə
14Ceyhun NuriyevZirə
15Səbuhi AbdullazadəSumqayıt
16Emin MahmudovNeftçi
17Anatoli NuriyevSabah
18Ozan Can KökçüVolendam (Niderland)
19Şahin ŞahniyarovQəbələ
20Mahir EmreliKayzerslautern (Almaniya)
21Nəriman AxundzadəQarabağ
22Renat DadaşovMotor (Polşa)
23Musa QurbanlıQarabağ
24Xəyal ƏliyevSabah

Qeyd edək ki, Azərbaycan milli komandası D qrupu çərçivəsində sentyabrın 5-də, Bakı vaxtı ilə saat 22:45-də “Lauqardalsvollur” stadionunda İslandiya yığması ilə, sentyabrın 9-da isə saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda Ukrayna seçməsi ilə qarşılaşacaq.