Voleybol

Azərbaycan Millisi Gürcüstan üzərində qələbə qazandı

Bakı, 7 iyun , Tsport.az 

Azərbaycanın kişi voleybol millisi Avropa Gümüş Liqasında uğurlu çıxışını davam etdirir. İsveçdə keçirilən 1-ci tur çərçivəsində komandamız Gürcüstan yığması ilə qarşılaşıb və 3:0 hesablı inamlı qələbə əldə edib.

Görüşdə setlər 20:25, 18:25 və 18:25 hesabı ilə millimizin üstünlüyü ilə yekunlaşıb. Bununla da yığmamız bir qələbə və bir məğlubiyyətlə 1-ci turu 3 xalla tamamlayıb.

Növbəti mərhələ 13-15 iyun tarixlərində ölkəmizdə təşkil olunacaq. 2-ci turda millimizin rəqibləri Lüksemburq və Macarıstan olacaq. Azərbaycan komandası doğma arenada uğurlu nəticələr əldə etməyə çalışacaq!