Azərbaycan millisi məğlub oldu
Bakı, 7 iyun , Tsport.az
Azərbaycanın qadın voleybol millisi Avropa Qızıl Liqasında növbəti oyununu keçirdi. Slovakiyada təşkil olunan 2-ci tur çərçivəsində komandamız Monteneqro yığması ilə üz-üzə gəldi. Qarşılaşma rəqib komandanın 3:1 hesablı qələbəsi ilə başa çatdı.
Tsport.az xəbər verir ki, matçda setlər 25:18, 16:25, 25:19 və 25:18 hesabı ilə yekunlaşdı. Millimiz bu oyunda mübarizə aparsa da, üstünlüyü ələ ala bilmədi.
Xatırladaq ki, 3-cü turun görüşləri 13-15 iyun tarixlərində Xorvatiyada baş tutacaq. Bu mərhələdə komandamız meydan sahibi Xorvatiya və Rumıniya yığmaları ilə qarşılaşacaq.