Azərbaycan millisi Macarıstana məğlub oldu
Bakı, 10 iyun , Tsport.az
Azərbaycan milli komandası, baş məşqçi Fernando Santosun rəhbərliyi altında, Macarıstanla yoldaşlıq oyununda üz-üzə gəlib. Bakıdakı “Liv Bona Dea Arena”da keçirilən qarşılaşma, Macarıstanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Tsport.az xəbər verir ki , oyun sürətlə başlayıb. 5-ci dəqiqədə Barnabás Varga Macarıstanı 1:0 irəli keçirib. Ancaq Azərbaycan yığması tez bir zamanda cavab verib və 7-ci dəqiqədə Renat Dadaşov bərabərlik qolunu vurub – 1:1.
33-cü dəqiqədə Macarıstanın əsas oyunçularından olan Dominik Szoboszlai uzaq məsafədən vurduğu zərbə ilə qonaqların ikinci qolunu ataraq komandası üçün 1:2 hesabını təmin edib.
Qeyd edək ki, ikinci hissədə Azərbaycan milli komandası hücumlar təşkil etsə də, hesab dəyişməyib.
Beləliklə, Azərbaycan millisi bu yoldaşlıq görüşündən məğlub ayrılıb.