Digər

Azərbaycan millisi növbəti məğlubiyyətini alıb

Bakı, 12 mart, Tsport.az

Azərbaycanın kişi həndbolçulardan ibarət millisi, inkişaf etməkdə olan ölkələrin çempionatında növbəti dəfə məğlub olub.

Tsport.az xəbər verir ki, B qrupunda mübarizə aparan Azərbaycan yığması Bolqarıstanın Varna şəhərində keçirilən turnirdə Nigeriyaya 17:29 hesabı ilə uduzub.

Ötən gün isə Moldova komandası Azərbaycan millisini 33:21 hesabı ilə məğlub etmişdi. Bu nəticə ilə Azərbaycan millisi çempionatda uğursuz çıxışını davam etdirir.

Martın 13-də isə Azərbaycan millisi növbəti görüşünü ABŞ komandası ilə keçirəcək.