Azərbaycan millisi “Parc des Princes”də oynayacaq
Bakı, 17 iyun , Tsport.az
UEFA DÇ-2026-nın seçmə mərhələsində Fransa – Azərbaycan matçının məkanı təsdiqlənib. Qarşılaşma Parisdəki “Parc des Princes” stadionunda keçiriləcək.
Tsport.az xəbər verir ki, bu arena 48 minə yaxın tamaşaçı tutumuna malikdir və Çempionlar Liqasının son qalibi “Paris Saint-Germain” ev oyunlarını burada keçirir. Fransa millisi də rəqiblərini əsasən bu stadionda qəbul edir.
Qeyd edək ki, Fransa – Azərbaycan oyunu oktyabrın 10-u, Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Azərbaycan yığması DÇ-2026-nın seçmə mərhələsində Fransa, İslandiya və Ukrayna ilə birgə D qrupunda mübarizə aparacaq.